FİFA DÇ-dən 6 milyarddan çox gəlir əldə edəcək

Dünən, 12:34           
FİFA DÇ-dən 6 milyarddan çox gəlir əldə edəcək
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı il dünya çempionatından əldə edəcəyi gəliri açıqlayıb.

Tribuna.az xəbər verir ki, FİFA 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına ev sahibliyi etməklə 6 milyard dollardan çox gəlir əldə edəcək. 3,8 milyard dollar televiziya hüquqlarından, 2,4 milyard dollar isə reklamdan əldə olunacaq.

FİFA-nın əsas sponsoru Səudiyyə Ərəbistanının Aramco neft şirkətidir və təşkilata hər il 100 milyon dollar ödəyir. “Adidas”, “Coca-Cola”, “Visa” və “Hyundai/KIA” da ən gəlirli tərəfdaşlar beşliyinə daxildir. Onlar birlikdə federasiyaya ildə 80-120 milyon dollar gəlir gətirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru