Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin "Kreppin sonuncu lenti" pyesində ömrünün son günlərini yaşayan qoca Krepp hər gün həyatının əvvəlki mərhələlərini əks etdirən monoloqlarını maqnitafon lentindən öz səsi ilə eşidir. O, axırıncı monoloquna da maqnitafona yazmaq istəyir. Lakin pyes tam sükutla başa çatır. Nobel mükaftlı laureatı Jan Pol Sartın "Altonanın rahibləri" pyesində isə boş səhnədə maqnitafondan başqa heç nə yoxdur. Və ağlını itirmiş qoca gələcəklə danışır, özündən soruşur: "Məni 31- ci əsrin insanları necə mühakimə edəcəklər?" Boş səhnədəki maqnitafonda axırıncı fraza belə sələnir: "31-ci əsrin insanları, mənim haqqımda bunu bilirsinizmi? Mən həqiqətən mövcud olmuşam, bəli mən mövcud olmuşam". Bəli, Ekzistensializm məhz 21-ci əsrin fəlsəfəsidir. Etibar Əliyev TEREF