Həkim yayda iştahanın olmamasının səbəblərini açıqladı

Dünən, 15:18           
Həkim yayda iştahanın olmamasının səbəblərini açıqladı
İsti yay günlərində iştahasızlıq fonunda mühüm qida elementlərinin qəbulunun azalması insanın iş qabiliyyətinin düşməsi, halsızlıq və diqqət dağınıqlığı kimi hallarla nəticələnə bilər.

Bu barədə "İzvestiya" qəzeti həkim-ginekoloq, endokrinoloq, klinik nutrisioloq Natalya Firsovanın açıqlamasına istinadən məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, isti havada iştahanın azalması orqanizmin təbii fizioloji reaksiyasıdır. Ağır yeməklərin həzm olunması üçün əlavə enerji tələb olunur və bu proses istilik hasilatı ilə müşayiət olunur, yüksək temperatur şəraitində isə orqanizm termorequlyasiyanı saxlamağa fokuslanır.

"Məhz buna görə yayda bir çoxu yağlı yeməklər, ağır xörəklər və böyük porsiyalar yemək istəmir. İstidə iştahanın azalması fizioloji normadır", - deyə Firsova izah edib.

Lakin problem o zaman yaranır ki, insan təkcə qidanın həcmini deyil, həm də bədən üçün mühüm əhəmiyyət kəsb edən zülal, vitamin, mineral və su qəbulunu məhdudlaşdırır. Bunun yekununda isə enerji qıtlığı, səhhətdə yaranan narahatlıqlar və işgüzarlığın aşağı düşməsi kimi əlamətlər müşahidə oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru