Azərbaycanda güclü zəlzələ oldu: bu rayonlar silkələndi

Dünən, 16:05           
Azərbaycanda güclü zəlzələ oldu: bu rayonlar silkələndi
Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, smartfonlara gələn xəbərdarlıqda zəlzələnin maqnitudasının 5,1 bal olduğu qeyd edilib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, zəlzələ Oğuz, Ağdaş, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Şirvan, Şəki, Xankəndi və başqa ərazilərdə hiss edilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib ki, zəlzələ əsasən Qəbələ rayonunda qeydə alınıb.

Episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru