Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - VİDEO

Dünən, 12:44           
Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - VİDEO
Bakı sakini çiyələk yedikdən sonra bədənində səpkilər əmələ gəldiyini, daha sonra isə dərisinin soyulmağa başladığını bildirib.

"Xəzər" TV xəbər verir ki, 27 yaşlı qadının bədənində yaranan səpkilər sonradan suluqlara çevrilərək üz nahiyəsinə qədər yayılıb.

Allergiyanın ağır formasına çevrilən yaralar pasiyentin vəziyyətini daha da ağırlaşdırıb.

Xəstəxanaya çatdırılan qadına ilkin olaraq toksik allergik dermatit diaqnozu qoyulub.

Həkim-efferentoloq Ağa İsmayılov bildirib ki, pasiyent klinikaya ağırlaşmış vəziyyətdə gətirilib.

Onun sözlərinə görə, hadisənin səbəbi meyvənin yetişdirilməsi zamanı istifadə olunan gübrələr və ya digər kimyəvi maddələr ola bilər. Bu səbəbdən meyvələr istehlak edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır. Həkim qeyd edib ki, saplağın giləmeyvədən ayrılması da vacibdir. Əks halda bu, orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.

27 yaşlı qadının yaxınları isə bildiriblər ki, onun vəziyyəti hazırda qənaətbəxşdir və müalicəsi ev şəraitində davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru