21 iyul 1905-ci ildə Sultan Əbdülhəmid İstambulda məscidə gedərkən, ermənilər tərəfindən ona sui-qəsd törədildi.
Dünən, 17:24
21 iyul 1905-ci ildə Sultan Əbdülhəmid İstambulda məscidə gedərkən, ermənilər tərəfindən sui-qəsd törədildi. Sultan salamat qalsa da, 26 insan həyatını itirdi, 58 nəfər yaralandı. Tarixdə "bombalanma hadisəsi" kimi tanınan bu terror aktını alqışlayan yeganə şəxs (türk və islam düşmənlərini nəzərdə tutmuram) türk şairi, pedaqoq və jurnalisti Tofiq Fikrət (1867 - 1915) oldu. Bu hadisəsindən sonra yazdığı "Bir láhza-i teehhür" (Gecikmə Anı) şeirində terrorçuları "şanlı ovçular"a bənzədir, bombanın vaxtından əvvəl partladılmasından təsüflənirdi. Bu gün əzbər olan şeirlərini sevərək oxuyanlar, onun bu günahını dilə gətirən mənim kimiləri qınayacaq. Axı humanizm tək sizin kimi insan və heyvan sevənlərə aid hissdir. Amma unutmayın ki, həmin terror aktında 20 dilsiz-ağızsız at da həlak olmuşdu. Erməni Daşnak Partiyasının törətdiyi bu cinayətin icraçılarından biri, Şarl-Eduard Joris adlı belçikalı həbs edildi və edam cəzasına məhkum edildi. Sultan Əbdülhəmid cəzanı ömürlük həbslə əvəz etdi, sonra isə azad edərək Avropaya göndərdi. Эльдар Тагиев