Britaniya Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu açıqlayıb

Bu gün, 17:44           
Britaniya Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu açıqlayıb
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Ukraynada sülh sazişi əldə olunacağı təqdirdə hərbçilərinin bu ölkəyə göndərilməsinə hazır olduqlarını bildirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb.

"Atəşkəs nəhayət qüvvəyə mindikdən sonra Ukraynanın uzunmüddətli təhlükəsizliyini möhkəmləndirmək üçün çoxmillətli qüvvələrin yerləşdirilməsinə hazır olacağıq", - deyə Börnhem bildirib.

Qeyd edək ki, Böyük Britaniya və Fransanın təşəbbüsü ilə yaradılan "Könüllülər koalisiyası" 2026-cı ilin yanvarında sülh sazişindən sonra Ukraynada hərbi kontingent yerləşdirmək niyyətini əks etdirən bəyannamə imzalayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru