Ölkəmizin adı Azərabadqan,Xəzər dənizi isə Abisgün şəklində verilir.

Bu gün, 17:24           
Ölkəmizin adı Azərabadqan,Xəzər dənizi isə Abisgün şəklində verilir.
M.Kaşğarlı "Divani-lüğət-it-Türk" kitabında tərtib etdiyi dünya xəritəsini təqdim edir və bu xəritədə ölkəmizin adı olan hissəni burada paylaşıram.Ölkəmizin adı Azərabadqan,Xəzər dənizi isə Abisgün şəklində verilir.
Ramiz Əsgər kitabdakı məkan,boy,ölkə adlarının(107 sayda)siyahısını tərtib etmiş,bu siyahıda da ölkəmizin adının çəkildiyini görmək olar.
Vətənimizin adına Qətranda və Nizamidə Azərbaycan/Azərabadkan/ şəklində rast gəlmək olur.
Qətran Təbrizidə:
Sui Azərbaycan xahəm şodəm, əz hər kəsi,
Bənde ra behtər nəvazəd şahe-Azərbaycan.
(Mən Azərbaycana gedəcəyəm, ondan ötrü ki,
Azərbaycan padşahı məni daha yaxşı nəvaziş edər).
Nizamidə:
Vəz anca betədbire azadqan,
Dər aməd suye Azərabadkan.
(Sonra nədimlərin tədbiri ilə Azərabadkan tərəfinə yönəldi).
Vüsal Hicran













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru