NASA-dan xəbərdarlıq: İri asteroid Yerə yaxınlaşır

Bu gün, 09:21           
NASA-dan xəbərdarlıq:
Avqustun 9-da potensial təhlükəli 173 561 (2000 YV137) asteroidi Yerin yaxınlığından keçəcək.

Oxu.Az "Faktı" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.

Agentliyin məlumatına görə, kosmik cismin uzunluğu təxminən 756 metrdir, onun Yerlə minimal məsafəsi isə 5 milyon kilometrdən çox olacaq.

NASA bildirir ki, "potensial təhlükəli" kateqoriyasına Yerə 7.5 milyon kilometrdən az məsafədə yaxınlaşan və diametri 150 metrdən çox olan asteroidlər daxildir. 173 561 (2000 YV137) asteroidi bu meyarların hər ikisinə uyğundur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru