Gürcüstanda dövlət Universitetləri, dövlət dilində ödənişsiz olacaq.
Bu gün, 00:02
Niyə? Çünki Gürcüstan hökuməti təhsilli, bilikli vətəndaş istəyir, təhsil hüququnun vacibliyini anlayır. Başa düşür ki, təhsil vacibdir, təhsilli insan daha çox əlavə dəyər yaradır, onu da bilir ki, gənclərin ölkədə qalmasını stimullaşdırmaq lazımdır. Gürcüstanda ÜDM artımı 8% civarındadır, adambaşına düşən ÜDM 11574 dollardır. Azərbaycanda tək dövlət Universitetləri deyil, hətta dövlətin peşə məktəbləri, kollecləri də ödənişlidir. ÜDM artımı 0% civarında, adambaşına düşən ÜDM isə 7467 dollardır. Bundan başqa hər minlərlə - bəli, minlərlə gənc ölkədən köçür, təhsil üçün gedir və geri dönmür. Təhsil və iqtisadiyyat arasında birbaşa korrelyasiya, və bunu anlamayan hökumətimiz var... Natig Jafarli