İran noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində ABŞ-yə iqtisadi təzyiq göstərməyi hədəfləyir.

Bu gün, 10:38           
İran noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində ABŞ-yə iqtisadi təzyiq göstərməyi hədəfləyir.
"The New York Times" (NYT) nəşrinin məlumatına görə, iqtisadi vəziyyət amerikalı seçiciləri narahat edən əsas mövzulardan biri olaraq qaldığı üçün yanacağın bahalaşması ABŞ administrasiyasına təzyiqi artırır.

Nəşrin məlumatına görə, ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,785 litr) üçün 5 dolları keçib ki, bu da Yaxın Şərqdə müharibə başlamazdan əvvəl qeydə alınan səviyyədən 33 % yüksəkdir. Bəzi ştatlarda, o cümlədən Kaliforniyada qiymət bir qallon üçün 5,5 dollara çatır.

ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, neftin ucuzlaşması fonunda istehlak qiymətlərinin artım sürətinin yavaşlamasına baxmayaraq, iyun ayında inflyasiya 3,5 % təşkil edib.

NYT qeyd edib ki, Yaxın Şərqdəki münaqişə ilə yanaşı, neft emalı zavodlarının yüksək səviyyədə yüklənməsi, yanacaq ehtiyatlarının aşağı olması və benzinə olan tələbatın mövsümi artımı da yanacağın qiymətinin artmasına təkan verir.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin İrana zərbələrini dayandırmasından sonra dünyada neftin qiymətləri ucuzlaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru