Lakin problem ondadır ki, İran quldurlardan fərqli olaraq Sezarın Kim olduğunu bilir.
Bu gün, 09:18

Eramızdan əvvəl 75-ci ildə gənc Yuli Sezar Rodos adasına təhsil almağa gedərkən Egey dənizində Kilikiya quldurları tərəfindən qaçırıldı. Quldurlar onun azadlığı üçün 20 talant (təxminən 620 kq gümüş) fidyə tələb etdilər. Sezar bu məbləği eşidəndə güldü və öz dəyərini bildirmək üçün fidyəni 50 talanta qaldırmağı tələb etdi.
O, 38 günlük əsarəti boyunca əsir kimi deyil, bir hökmdar kimi davrandı. Quldurlara şeirlər və nitqlər oxuyur, onu bəyənməyənlərə "savadsız vəhşilər" deyirdi. Hətta onlarla idman oyunları oynayır və tez-tez zarafatla: "Azad olunan kimi qayıdıb hamınızı çarmıxa çəkəcəyəm" deyirdi. Quldurlar bu gənc romalının cəsarətinə heyran qalmışdılar və onun sözlərini sadəcə bir zarafat hesab edirdilər.
Fidyə ödənilib Sezar azad olunan kimi o, dərhal Milet limanına getdi. Orada şəxsi vəsaiti ilə hərbi gəmilər toplayaraq quldurların adasına qəfil hücum etdi. Sezar bütün quldurları əsir götürdü, gümüşlərini geri aldı və dediyi kimi, hamısını çarmıxa çəkdirdi.
Bu hadisə Sezarın öz sözünə sadiqliyini, sarsılmaz iradəsini və gələcəkdə Romanın lideri olacağını nümayiş etdirdi.
(Ona qarşı yaxşı rəftar etdikləri üçün quldurları öncə öldürüb sonra çarmıxa çəkmişdi).
#qısaşərh
ABŞ və İran arasındakı gərginliyin Pik həddə çatdığı günlərdəyik.
Günümüzün Sezarı Trampdır. Lakin problem ondadır ki, İran quldurlardan fərqli olaraq Sezarın Kim olduğunu bilir. Sezar adanı fəth edə bilsə öz hakimiyyətini sağlamlaşdıracaq. Amma fəth edə bilməzsə o zaman özü tarix olacaq. Bəlkə də həbs ediləcək.
Siyasət Akademiyası

