Öz millətini ruslara və ermənilərə qurban vermiş Həmid Sultanov...
Bu gün, 09:54

Ölkəmiz Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra ilk Daxili İşlər naziri Həmid Sultanov olub...
Sultanov Həmid Həsən oğlu 26 may 1889-cu ildə Qazaxın Şınıx-Ayrım kəndində anadan olub...
Şaumyanın rəhbərlik etdiyi Bakkomuna dövründə Bakı şəhər və rayonları Hərbi İnqilab Komitəsinin üzvü,Bakı Xalq Komissarları Şurasının qəza müvəkkillərindən biri olub...
1919-cu ildə Azərbaycan Cümhuriyyətinə qarşı fəal gizli mübarizə aparıb...
Sovetləşmədən sonra Azərbaycan İnqilab Komitəsi üzvü,Azərbaycan SSR-in ilk daxili işlər komissarı,İran kommunist partiyasının katibi,sənaye və ticarət komissarı,Xalq Təsərrüfatı Şurası sədri,Naxçıvan Muxtar SSR xalq komissarları şurasının sədri,Azərbaycan SSR kommunal təsərrüfatı komissarı və s. vəzifələrdə çalışıb...
1920-ci ilin 28 aprelində bu posta təyin edilən Sultanov 1921-ci ilin 1 iyununadək vəzifəsini icra edib...O,4 iyun 1920 -ci ildə Azərbaycanın görkəmli maarifçisi,publisist və ədəbiyyatşünas Firidun bəy Köçərlinin güllənmə əmrini verib...
Xalqımızın işğalçı kommunistlərə qarşı Gəncə üsyanını xüsusi qəddarlıqla qan içində boğub...Minlərlə günahsız yurddaşımızın məhvinə səbəb olub...Bu fəaliyyətinə görə qırmızı ulduz ordeni ilə mükafatlandırılıb...
Həmid Sultanov həmçinin Azərbaycan SSRİ Maarif Xalq Komissarı,Azərbaycan tarixinin ilk qadın naziri,Xalq Ədliyyə Komissarı və Ali Məhkəmənin sədri Ayna Sultanovanın həyat yoldaşı olub...
Həmid Sultanov 1938-ci ildə Ayna Sultanova və qaynı,Azərbaycan SSR-də yüksək vəziflər tutmuş Qəzənfər Musabəyovla birlikdə repressiyaya məruz qalaraq xalq düşməni kimi güllələnib...
Gülnar Abbasova

