Mənim dünya boyda şanı-tamaşamı Ərəb əritdi, yerə sürtdü, deyir, Şair əcdadımız

Bu gün, 08:04           
Mənim dünya boyda şanı-tamaşamı Ərəb əritdi, yerə sürtdü, deyir, Şair əcdadımız
Müəllifi Babilan şairimiz olmuş ŞƏMSİ ƏDƏD ABİ mixi yazılı azman poemasında Şair Ete Eli (Türkiyenin indiki Hatay ilçesi- Etrusk türklərinin ilkin vətəni) Səudi Ərəbistanından basa-basa gəlmiş ərəblərin özlərinə yer etdikdən sonra - bizim naxal qonşular kimi - yerli türklərə yapdıqları soyqırımdan yana-yana yazır.
Orada AHURA adına rast gələndə ayaqlarım yapışdı yerə :
"... UYANA BƏLİKƏ İDAM TƏRSİ ŞƏMƏŞ?..
TUMMİŞ İDİ ?!.
ŞANI-TAMAŞUM VARDI, ƏRİDİ, KAŞ ATƏŞPURAM ?
U MAT TAMA VAR DUYAMI,
İNƏ MAYA AT ƏRƏB HİYİM Kİ.
VARDIKCA IŞA, AHURA DİNİN ULU ÖMÜRÜ !.."
Ərəbin törətdiyi cinayəti inam gətirdiyi Şəməşə - Günəşə söyləyir, yazıq Şair Əcdad.
Niyə görəsən bu faciəyə allah sandığımız Günəş dinmədi deyir.
Bəlkə tərsinə edam olunmuşdu?
Bəlkə donmuş idi? (obrazlı təsvirə baxıın !)
Mənim dünya boyda şanı-tamaşamı Ərəb əritdi, yerə sürtdü, deyir, Şair.
Niyə?
Ona görə ki, mən ATƏŞPURAM - OD YANDIRANAM ?
8-9-cu əsrlərdə ATƏŞ MƏBƏDLƏRİMİZİ Murdardır ! deyib yıxıb sürüyən ərəb, eyni hadisəni TÜRKÜN hələ TURU - TROYA dövründə başına gətirib.
Mən tam olduğum üçünmü maya (madyan) at Ərəb məni qiyim-qiyim doğrayıb?
Tariyel Azerturk

Amma bunların heç biri mənim GÜNƏŞƏ, AHURAYA, ODA inamım qıra bilməz. qan, Ərəb, deyir Əcdad.
Nə qədər ki, ŞƏMƏŞ IŞASI (Şəfəqi) var, AHURA dininin ömrü də u qədərdir deyir, ZƏKALI ŞƏMSİ ƏDƏD ABİ.
Bu, dəqiq, obyektiv tapıntı göstərir ki, AHURA farsdan qabaq TÜRKÜN allahı olub.
Və Zərdüşt də onun qanunlarını öyrənib Midiyada yenidən Ahura dinini bir növü bərpa edib.
AHURANI pars Hindistandan gətirə bilməzdi. Türükkü dövlətinin ərazisinə düşmüş Luristanın Kəbir Kuh dağındakı türkcə mixi yazısının şahidliyinə görə, gəlib Türükkünün yanında Parsumaş adlandırdığı yerdə məskən salmış parsın heç bir dini imanı olmayıb.
AHURA Haxameşdən ~200 il sonra taxta yandan sahib olmuş Birinci DARANIN inam bəslədiyi allah kimi qəbul edilir. Ondan qabaqkı şahlarda AHURAYA səcdə yoxdur. O, Ahura Kuruşun Türükkünü, Elamı Pars imperiyasına qatdıqdan sonra pars şüurunda peyda olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru