Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır.
"RİA Novosti" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərdə belə su mənbələrinin aradan qaldırılması vacibdir.
ÜST həmçinin həşəratlara qarşı qoruyucu vasitələrdən istifadə etməyi, pəncərələrə ağcaqanad torları quraşdırmağı və açıq havada olarkən uzunqol geyimlər geyinməyi tövsiyə edib.
Təşkilatın məlumatına görə, həşərat sancmasından sonra bədən hərarətinin yüksəlməsi, oynaqlarda ağrı və digər narahatedici əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir.