Yazı, fikir adamı oxucunun, xalqın istədiyinimi yazmalıdır?

Bu gün, 09:58           
Yazı, fikir adamı oxucunun, xalqın istədiyinimi yazmalıdır?
Məncə, bunu etmək onun mənəvi intiharı olar.
Xalqın istədiyi şey xalqın özünün düşünə və yaza bildiyi şeydir. Yazı, fikir adamı xalqın düşünə və yaza bilmədiyini düşünməli, xalqın yaza bilmədiyini yazmaldır.
Əks halda, onun işi folklordan başqa bir şey olmayacaq. Biz hələ cəmiyyət olaraq yazının bəşəri missiyasını dərk etmirik.
İnsanın tanrılara qurban edilməsi yazının icadından sonra başa çatdı. Yazıya qədər dünyada uğultu vardı. İnsan bu uğultunun əsiri idi. Yazı insanı bu uğultunun əlindən aldı.
Barbarlıqdan mədəniyyətə, fundamentalizmdən sekulyarizmə keçmək üçün əlimizdə yazıdan başqa alət yoxdur. Yazmayan cəmiyyət hansı əsrdə yaşamasından asılı olmayaraq barbardır. Orada sözün təmkini, fikrin sükutu yoxdur, səs var, küy var, uğultu var.
Yazı, fikir adamının öhdəliyi bu vəhşi uğultunu susdurmaqdır. Əgər o da bu uğultuya qoşulacaqsa, ortaya çıxan şeyin adı müasir Azərbaycan ədəbiyyatı, fəlsəfəsi, təhsili olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru