Tramp buna görə məhkəməyə verildi

13-08-2026, 10:44           
Tramp buna görə məhkəməyə verildi
ABŞ-nin iki media təşkilatı Prezident Donald Trampı "Trump Media & Technology Group"a məxsus "Truth Social" sosial media platformasındakı ödənişli xidmətlərə görə məhkəməyə verib.
TEREF Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Intercept Media xəbər təşkilatı və Mətbuat Azadlığı Fondu Nyu-York Məhkəməsində hakimiyyət orqanlarına qarşı iddia qaldırıb.
İddia ərizəsində qeyd olunur ki, "Truth Social"ın öz xidmətlərini ödənişli etməsi korrupsiya əlamətidir və konstitusiyaya ziddir.
Trampın yalnız əsas səhmdarı olduğu platformada rəsmi hökumət elanlarını dərc etməsi və yüksək vəzifəli məmurlara pullu xidmət etməsi məhkəmədə mübahisələndiriləcək. Bildirilir ki, Trampın rəhbəri olduğu "Trump Media & Technology Group" şirkəti "Truth Social" sosial media platformasının fəaliyyətindən ayda 100 min dollara yaxın gəlir əldə edir.
Ərizədə iddia olunur ki, "Truth Social"da məlumatların götürülməsinə qoyulan qadağa da qanuna ziddir və jurnalistlərin xəbər hazırlama işini ləngidir və mətbuat fəaliyyətinə zərər verir, həmçinin ictimaiyyətin və mətbuatın ictimai məlumatlara bərabər çıxış hüququnu məhdudlaşdırmaqla konstitusiyanı pozur.
Ərizədə rəsmi hökumət elanlarının pullu platforma vasitəsilə verilməsi praktikasının dayandırılması tələb olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru