ABŞ İmmiqrasiya Xidmətinin əməkdaşları elektroşok əlcəkləri ilə təmin ediləcəklər

13-08-2026, 15:17           
ABŞ İmmiqrasiya Xidmətinin əməkdaşları elektroşok əlcəkləri ilə təmin ediləcəklər
ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) 2027-ci ilə qədər minlərlə "G.L.O.V.E." elektroşok əlcəyi almaq üçün 20 milyon dollara qədər vəsait xərcləməyi planlaşdırır.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, xüsusi cihazlar saxlanılan şəxslərin müqavimət göstərməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Bu vasitələr artıq bəzi polis bölmələrində, eləcə də həbsxanalarda istifadə olunur.

İnsan hüquqları müdafiəçiləri isə bu əlcəklərdən sui-istifadə oluna biləcəyindən narahatdırlar.

İstehsalçı şirkətin bildirdiyinə görə, sözügedən vasitələr cəza məqsədilə və ya həssas qruplara, o cümlədən uşaqlara, hamilə qadınlara və yaşlılara qarşı istifadə edilə bilməz.

Həmçinin qeyd olunur ki, cihazlardan istifadə etmək üçün xidmət əməkdaşları xüsusi təlim keçməli və hər iki ildən bir yenidən imtahan verməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru