Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

15-08-2026, 10:18           
Tanınmış bloger Paşinyana məsləhət verdi:
Tanınmış rusiyalı bloger Artemi Lebedev Ermənistanın Baş naziri Nikol Paşinyana məsləhət verib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lebedev Erməni Apostol Kilsəsi ilə uzunmüddətli münaqişəsi fonunda məsləhətindən qalmayıb.

"Sadəcə hökumətinizin burnunu kilsə işlərinə soxmamalısınız", - deyə Lebedev Ermənistanın baş nazirinə bütün ermənilərin katolikosu II Qareginin Masiatsotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyanı vəzifəyə bərpa etməkdən imtina etməsi ilə bağlı xəbəri şərh edərkən deyib.

Onun fikrincə, Paşinyan kilsə ilə münaqişə zamanı "tamamilə dəli olub".

Erməni Apostol Kilsəsi dəfələrlə Paşinyan hökumətinin qərarlarını tənqid edib. Baş nazir öz növbəsində bildirib ki, Erməni Kilsəsində kanonlara zidd olan əmlak və vəzifə mirası sistemi hazırlanır. O, həmçinin II Qaregini subaylıq andını pozmaqda ittiham edərək istefa verməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru