Kişilərə yer yoxdur: ABŞ-də yalnız qadınlar üçün KƏND SALINDI - FOTO

17-08-2026, 16:08           
Kişilərə yer yoxdur: ABŞ-də yalnız qadınlar üçün KƏND SALINDI - FOTO
ABŞ-də Robin Yerian adlı təqaüdçü pensiya yığımlarını Texas ştatında yalnız qadınların ev kirayələyə bildiyi kənd yaratmağa xərcləyib.

Bu barədə "The Sun" nəşri xəbər verir.

Yerian 2022-ci ildə "Quş yuvası" adlı yaşayış məntəqəsinin əsasını qoyub. Onun sözlərinə görə, kənd qadınların özlərini təhlükəsiz hiss edə biləcəkləri məkan kimi yaradılıb.

"Bu, qadınların evlərinin qapısını açarkən arxaya baxmaq məcburiyyətində qalmadan yaşaya biləcəkləri təhlükəsiz yerdir", - deyə Yerian bildirib.

Məlumata görə, təqaüdçü torpaq sahəsinin alınmasına 35 min dollar, ərazinin abadlaşdırılmasına, o cümlədən elektrik və su xətlərinin çəkilməsinə isə 150 min dollar xərcləyib.

Hazırda "Quş yuvası"nda yaşı 52-dən yuxarı olan 12 qadın yaşayır. Onların əksəriyyəti subay, boşanmış və ya dul qadınlardır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru