Rusiya kosmosa göndərdiyi peyki ilə əlaqəni itirdi

28-11-2017, 17:14           
Rusiya kosmosa göndərdiyi peyki ilə əlaqəni itirdi
Rusiya kosmosa göndərdiyi Meteor-M №2-1 peykiylə əlaqəni itirib.
Bu barədə informasiyanı Rusiyanın Kosmik Fəaliyyətlər üzrə Dövlət Şirkəti yayıb. Şirkət peykin nəzərdə tutulan orbitə çıxmadığını bildirib.
Qeyd edək ki, Rusiya bu gün “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raket daşıyıcısını kosmosa buraxıb. Raket daşıyıcısı kosmosa 19 peyk aparıb. Bu peyklər içərisində ən böyüyü Rusiyaya məxsus Meteor-M №2-1 olub. Digər 18 ədəd kiçik ölçülü peyk isə Rusiya (1 ədəd), Kanada (1), Norveç (1), Yaponiya (1), İsveç (1), ABŞ (12) və Almaniyaya (1) aid olub.
Meteor-M №2-1 peyki Meteor-3M kosmik kompleksinin 3-cü aparatıdır. Bu kompleks qlobal hidrometeoroloji informasiyaların əldə olunması, ozon qatının və kosmik məkanda radiasiya şəraitinin nəzarətdə saxlanılması üçün nəzərdə tutulub./axar/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru