Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi dəyişib
19-12-2022, 20:58
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
İclasın gündəliyinə aşağıdakı məsələlər əlavə edilib:
- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 59-a çatıb.