Zeki Çelik "Yuventus"a keçdi

Bu gün, 10:17           
Zeki Çelik "Yuventus"a keçdi
"Yuventus" Türkiyə millisinin müdafiəçisi Zeki Çeliklə müqavilə imzalayıb.

Oxu.Az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

29 yaşlı futbolçu ilə bağlanan sözləşmə 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

Z.Çelikin "Yuventus"a keçidindən əvvəlki son klubu 2022-ci ilin yayından bəri çıxış etdiyi "Roma" olub. Türkiyəli müdafiəçi müqaviləsinin müddəti başa çatdığı üçün bu yay paytaxt təmsilçisinin düşərgəsini tərk edib. Ötən mövsüm o, bütün turnirlərdə ümumilikdə 45 oyunda iştirak edib, bir qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 14 milyon avro təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru