"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəlli oldu

Bu gün, 09:36           
"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
"Neftçi"nin UEFA Konfrans Liqasının 2026/2027-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, "ağ-qaralar" bu raundda Belarusun "Dinamo" (Minsk) kollektivi ilə qarşılaşacaq.

Belarus təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan "Dinamo" cavab görüşündə 1:0 hesablı qələbə qazanaraq qarşılaşmanı əlavə vaxta daşıyıb. Penaltilər seriyasında isə rəqibini 6:5 hesabı ilə üstələyən Minsk təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23-də və 30-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru