«Azərsun»un Bakı Yağ Fabrikinin işinə qadağa qoyulub?

15-05-2015, 16:50           
«Azərsun»un Bakı Yağ Fabrikinin işinə qadağa qoyulub?
Bu gün GUNDEMİNFO.AZ-a daxil olan çox maraqlı bir məlumatda bildirilir ki, ölkənin ən iri ərzaq istehsalçısı olan «Azərsun» Holdinqin bitki yağları sexlərində iş dayandırılıb. Məlumata əsasən buna səbəb Heydər Əliyev prospektinin yaxınlığında yerləşən (5-ci köndələn - küçə 5) Bakı Yağ Fabrikindən ətrafa yayılan xoşagəlməz qoxudur.

1996-cı ildən Bakıda fəaliyyət göstərən bu fabrikin istehsal sexlərindən çıxan qoxu ətrafa sürətlə yayılır. Xeyli çeşiddə bitki yağtları istehsal edən bu fabrik demək olar ki, ölkə bazarında şəriksiz liderdir. Fabrikin rəsmi internet saytında istehsal barədə məlumat verilməsə də, məhsullar üzrə çeşidlərinin 30-dan çox olduğu bildirilir.

Qeyd edək ki, Bakı Yağ Fabrikindən ətrafa yayılan qoxunun iyun ayında keçiriləcək I Avropa Yay Oyunları ərəfəsində qonaqlar üçün diskomfort yarada biləcəyidir. Bu səbəbdən də fabrikin fəaliyyətinə müvəqqəti olaraq qadağa qoyulduğu söylənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]