Gerçəkdən, hər dövlətin sənət cameəsi o dövlətin özünə, ruhuna bənzəyir: ZƏİFSƏ ZƏİF GÜCLÜSƏ GÜCLÜ RİYAKAR VƏ YARAMAZSA RİYAKAR VƏ YARAMAZ Mehriban Vezir
7-11-2025, 09:49

Hər ölkənin sənət cameəsi o ölkənin aynasıdır. Və bu ayna dövlətin silahından, sərvətindən asılı deyil, ruhuna bağlıdır.
Dövlətin ruhu zəifsə zəif, güclüsə güclü, riyakarsa riyakar göstərir o ayna...
Bu günlərdə çariça Yekaterina haqda çəkdikləri bir sənədli filmə baxdım. Guya sovetlər bitmiş, arxivlər açılmış və Yekaterinə haqda bilinməyənlər, atılan böhtanlar, yalanlar ortaya çıxıbmış.
Məsələ bunda beyil, Yekaterina haqda 50 film var, bu da olsun 51, necə istəyirlər elə də təqdim etsinlər. Məsələ ondadıkı bizim tariximizlə hər zamankı kimi yaramazlıq edirlər.
Yüzillərin riyakarlarıdırlar. Və düzəlməzlər.
Bəli, məsələ rus sənət cameəsinin riyakarlığı və həyasızlığıdır.
Filmdə bir cümlə diqqətimi çəkdi. Demək, bildiyiniz kimi oğlu Pavel hakimiyyətə gəlir, anasının Qafqaz yürüşlərini dayandırır, lakin Pavel öldürüldükdən sonra Yekaterinanın başlatdığı Qafqaz işğalı davam edir.
Cümlə təqribən budur: "Qafqaz yürüşü - Gürcüstan və Ermənistanın fəthi davam etdi"
Yaramazlar!
Bu, təqribən 1800-cü illərin əvvəlləri idi. Bu utanmazlar görmək istəmirlər ki həmin tarixdə Qafqazda `armeniya` deyilən beş qarışlıq bir ərazi belə olmayıb.
Yalnız 1828-ci ildə, Qacarlar ruslara uduzduqdan və Türkmənçay Müqaviləsi imzalandıqdan sonra Birinci Nikolayın əmri ilə İrəvan və Naxçıvan erməni vilayəti elan edilib. Və işğalçı çarın əmri ilə o tarixdən sonra bütün dövlət yazı-pozu işlərində, diplomatik yazışmalarda İrəvan və Naxçıvan `erməni vilayəti` adlandırılıb.
Yalnız bu fərmandan sonra hayların İrandan və Anadoludan İrəvana, Naxçıvana, Qarabağa - Azərbaycan torpaqlarına köçürülməsi başlayıb.
Yəni rus çarının bir imzası ilə türk torpaqları - İrəvan və Naxçıvan rəsmi sənədlərdə erməni vilayəti kimi tanınıb. Bu sürəc, bildiyiniz kimi 1828 müqaviləsindən sonra başlayıb.
(Əlbəttə, Yekaterinanın Qarabağda İbrahim xanı devirib yerində erməni xanlığı quracağı haqda fərmanı var, lakin bu quldurca istək bir az fərqli siyasətlə 30 il sonra həyata keçib)
Yaramazlar isə Qafqaza 1800-cü illərdə başlayan rus yürüşlərindən bəhs edir `armeniya` uydururlar.
Gerçəkdən, hər dövlətin sənət cameəsi o dövlətin özünə, ruhuna bənzəyir:
ZƏİFSƏ ZƏİF
GÜCLÜSƏ GÜCLÜ
RİYAKAR VƏ YARAMAZSA RİYAKAR VƏ YARAMAZ
Mehriban Vezir
TEREF

