" Hanı sənin adilliyin, hanı sənin kərimliliyin" - Səyyad Arandan nazirə ağır sözlər

7-11-2025, 16:23           
" Hanı sənin adilliyin, hanı sənin kərimliliyin" - Səyyad Arandan nazirə ağır sözlər
"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Tarix: Bu gün, 12:48 | Çap et


"Mən nazirlərin fəaliyyətindən qəti razı deyiləm. Məsələn, mədəniyyət naziri Adil Kərimlinin fəaliyyətindən. Mən ötən il büdcə müzakirəsində dedim ki, Mərkəzi Şəhər Kitabxanası və Uşaq Kitabxanası 1987-ci ildə tikilən binada cəmləşib. Üzr istəyirəm, bu 32 nəfərdən ibarət iki kollektivin sanitar qovşağı yoxdur. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün sağa-sola, önə-arxaya, evlərə girirlər, xahiş edirlər, yalvarırlar. Yekə kişisən, bunu keçən ildə demişəm, axı?"

Teleqraf xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O, mədəniyyət nazirliyinə bu məsələ ilə bağlı müraciət edib:

“Mən deputatam, onlarla qarşılaşıram, məni onların qarşısında niyə utandırırsan? Üstündən bir il keçib, heç nə yolunda deyil. Sən nazir olaraq, hamıya aidsən, yaşından asılı olmayaraq bu camiənin ağsaqqalısan, böyüyüsən, onlar da sənin ailə üzvlərindir. Sən bunu həyata keçirə bilərsən axı. Təmir-tikinti, bərpa təşkilatı ilə müqavilə bağlayın, tikib qurtarsınlar da. Bunu Adil Kərimliyə bağışlayaram? Hanı sənin adilliyin, hanı sənin kərimliliyin?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]