Ərdəbil imam cüməsinin yeni rəvayətləri... " Bakıdan gəlib çiynimi öpdülər.."

8-11-2025, 00:01           
Ərdəbil imam cüməsinin yeni rəvayətləri... " Bakıdan gəlib çiynimi öpdülər.."
Ərdəbil vilayətinin imam cüməsi Həsən Amuli son çıxışında növbəti nağılını danışıb.

Tribunainfo.az xəbər verir ki, onun cəfəngiyyat dolu söhbətini “SEPAH” Teleqram kanalı yayıb.

Amuli həmin videogörüntülərdə iddia edib ki, Azərbaycandan ona davamlı olaraq zənglər edilir. “12 günlük müharibə zamanı Bakıdan bir nəfər mənə zəng vurub dedi ki, İranın qələbə qazanması üçün nəzir deyib”.

Amma əyalət mollası bununla da kifayətlənməyib və başqa bir nağıl danışıb. “Bir başqa azərbaycanlı isə yanıma gəlib məndən soruşdu ki, Qasim Süleymani əlini sizin hansı çiyninizə qoymuyşdu? Yerini göstərdim, əyilib həmin çiynimdən öpdü”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]