Raquf Orucov adına ədalət istəyirəm!

8-11-2025, 07:36           
Raquf Orucov adına ədalət istəyirəm!
Pəncəli qardaşımızın ruhu şad olsun. Çoxdan Haqq etdiyi adına qovuşdu.
Vahimə ana 10 ildir bu xəbəri gözləyirmiş..
Raquf Orucovun haqqının tanınması üçün mən və iki övladım neçə il gözləməlidir?
Hörmətli təqdimat yazan, Ali Baş Komandana təqdim edən Müdafiə nazirliyi rəhbərliyi, Prezident köməkçısi,
Nəzərinizə çatdırırıq ki, Raquf Orucovu hər bir azərbaycanlı Milli Qəhrəman kimi tanısa da, siz tanımırsınız. Səbəbini bilmək bizim haqqımızdır.
Hamıdan çox özümdən narazıyam. Mən necə hüquq müdafiəçisiyəm ki, Şəhidimin haqqını qazana bilmirəm? Raquf Orucova qarşı olan bu ayrı-seçkiliyin səbəbini bilmək istəyirəm!
Nəzərinizə çatdırım ki, aprel döyüşlərindən sonra MN-nin rəhbərliyinin Raquf Orucova layiq gördüyü təltifdən mən imtina etmişəm.
İndi də Nəcməddin Sadıqov yoxdur ki, bütün günahları onun üzərinə yönəldəsiniz.
Raquf Orucov adına ədalət istəyirəm!
Samirə Orucova
Tac Xeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]