Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...

10-11-2025, 17:46           
Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...
“Bu sənəddə diqqət çəkən iki ciddi məsələ mövcuddur. Birincisi, qaimənin (xərclər sənədinin) rus dilində tərtib olunmasıdır. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün müəssisə-təşkilatlar rəsmi sənədləşməni dövlət dilində aparmalıdırlar. Bu qaimənin rus dilində hazırlanması həm hüquqi, həm də dilimizin dövlət idarəçiliyində və ticarət dövriyyəsində rolunun azaldılması baxımından dilimizə hörmətsizlikdir.

İkinci problem sənəddə qeyd olunsn avadanlıqların adlarının indiyədək Azərbaycan dilində müəyyən edilməməsi və yad dildə göstərilməsidir. Əgər bu avadanlıqların dövlət reyestrində və ya texniki təsnifat sistemində Azərbaycan dilində qarşılığı artıq mövcuddursa, o zaman həmin adların sənədlərdə istifadəsinin olmaması məsuliyyətsizlikdir. Əgər hələ qarşılıqlar müəyyən edilməyibsə, bu da ayrıca problem kimi qalır və müvafiq qurumların - özəlliklə Terminalogiya Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üçün Dövlət Komitəsinin bu istiqamətdə işini sürətləndirməsi vacibdir. Prezident İlham Əliyev iki hün öncə Akademiyadakı çıxışında vurğulayır ki, Dilimizin saflığının qorunması hər bir azərbaycanlının borcudur”.

S.Rüstəmxalı qeyd edib ki, sənədlərin dövlət dilində tərtib edilməməsi və texniki adlandırmaların milli dilimizdə olmaması, Prezidentin apardığı milli dil siyasətinə ziddir:

“Azərbaycan dilinin iqtisadi-texniki sahələrdə işlənməsi yalnız dil siyasətinin tələbi deyil, həm də milli kimliyimizin qorunması deməkdir. Buna görə də hər bir kommersiya sənədi, o cümlədən qaimələr yalnız Azərbaycan dilində tərtib edilməli və malların adları Azərbaycan terminologiyasına uyğun yazılmalıdır. Bu yanaşma həm hüquqi cəhətdən, həm də ictimai-mədəni baxımdan əsaslıdır. Dövlət idarələri və kommersiya təşkilatları vətəndaşın bu və buna bənzər iradlarını diqqətlə nəzərə almalıdırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]