Mədəniyyət Nazirliyindən Azərbaycan bayrağına hörmətsizlik FOTO
11-11-2025, 07:04
Mədəniyyət Nazirliyi Bayraq Günündə Azərbaycan bayrağına qarşı hörmətsizlik edib.
TEREF “Yeni Sabah”a istinadən xəbər verir ki, qurum sosial şəbəkə hesabında əlamətdar günlə bağlı post paylaşıb.
Nazirliyin Bayraq Gününə həsr olunan paylaşımında Azərbaycan bayrağı əksini tapıb. Amma təhrif olunmuş formada. Mədəniyyət Nazirliyi bayraqdakı 8 guşəli ulduzun birini ixtisas edib. Paylaşımda 7 güşə əks olunub.
Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür.