Necə ola bilər ki, dövlət şirkəti ziyanla işləsin, amma hər birinin rəhbər kadrları bahalı maşınlarda gəzsin, gözəl villalarda yaşasınlar? - Natiq Cəfərli

22-02-2026, 12:16           
Necə ola bilər ki, dövlət şirkəti ziyanla işləsin, amma hər birinin rəhbər kadrları bahalı maşınlarda gəzsin, gözəl villalarda yaşasınlar? - Natiq Cəfərli
“Suyun qiymətini qaldırırlar, həm əhali, həm də kommersiya qurumları üçün qiymətlər artacaq. Özü də bahalaşma demirlər, diferensiallaşdırılma adı ilə bu addımı atmaq istəyirlər. İlin əvvəlində dizeli 10% qaldırdılar, indi suyun, sonra işıq və qazın qiymətini artırırlar, sonra da hökumət üzvləri, bəzi deputatlar ciddi sifət alıb, “ölkədə süni qiymət artımı var”, deyirlər. Ölkədə qiymətləri artıran hökumətdir, aparılan yanlış iqtisadi, sosial, tarif, vergi, gömrük siyasətidir. Dövlətin su, elektrik, qaz paylanması ilə məşğul olan şirkətləri ziyanla işləyirsə, niyə ilk xərcləri azaltmırlar? Nədən maya dəyərinin şişirdilməsinin qarşısını almırlar? Nə səbəbə satınalmalar şəffaf deyil? Necə ola bilər ki, dövlət şirkəti ziyanla işləsin, amma hər birinin rəhbər kadrları bahalı maşınlarda gəzsin, gözəl villalarda, mənzillərdə yaşasınlar, bər-bəzəkli həyat yaşasınlar? Bunun bir izahı varmı, olacaqmı?! Olmaz belə, vallah olmaz...”.
Natiq Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru