Rusiya-Ukrayna savaşı bitirmi?

Dünən, 11:48           
Rusiya-Ukrayna savaşı bitirmi?
Dünən Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Prezidentinə açıq məktub yazıb. O, sənəddə Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlara başlamağı və münaqişənin sona çatdırılmasını müzakirə etmək üçün üzbəüz görüş keçirməyi təklif edib.
Zelenski bildirib ki, Ukrayna danışıqlar müddətində tam atəşkəsə hazırdır və ABŞ-nin atəşkəsə nəzarət edə biləcəyinə inanır.
Kiyev həmçinin “hamını hamıya” prinsipli məhbus mübadiləsi, mülki şəxslərin və uşaqların qaytarılması və daha sonra uzunmüddətli təhlükəsizlik zəmanətlərinin müzakirəsini təklif edir.
Putinin də cavabı gecikməyib. Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda mətbuata açıqlaması zamanı deyib.
"Biz, şübhəsiz ki, Trampla Ankoricdə müzakirə etdiklərimizə əsasən, Ukrayna ilə sülh yolu ilə razılığa gəlməyə hazırıq və buna can atırıq. Ankoricdə müzakirə etdiyimiz güzəştlərə getməyə də hazırıq. Ukrayna da güzəştə getməyə hazır olmalıdır", - Putin bildirib.
Lakin deyəsən savaşdan ən çox yorulan Rusiyadır. Tərəflər danışıqlar zamanı hansı güzəştlərə gedəcəklər? Masada olan güzəştlər konkret olaraq nədən ibarətdir?
Bu günə qədər Putinin istinad etdiyi “Ankoric (Anchorage) kompromisləri”nin tam mətni ictimaiyyətə açıqlanmayıb. Rusiya, ABŞ və Ukrayna tərəfləri yalnız ümumi şəkildə “qarşılıqlı güzəştlərdən” danışırlar. Buna görə də aşağıdakı məqamlar rəsmi açıqlamalar və diplomatik siqnallar əsasında formalaşan ehtimallardır.
Ankoricdə nə müzakirə olunub?
2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Ukrayna müharibəsinin dayandırılması əsas mövzu olub. Putin indi bildirir ki, həmin görüşdə Rusiyadan müəyyən güzəştlər istənilib və Moskva bunları qəbul etməyə hazırdır. O, eyni zamanda Ukraynanın da güzəşt etməli olduğunu deyir.
Ukraynadan hansı güzəştlər istənilə bilər?
Rəsmi sənəd açıqlanmasa da, beynəlxalq mediada müzakirə olunan əsas variantlar bunlardır:
- Rusiyanın nəzarətində olan bəzi ərazilərin faktiki statusunun qəbul edilməsi
- Ukraynanın NATO üzvlüyü məsələsinin təxirə salınması və ya neytral status
- Cəbhə xətti üzrə atəşkəsin dondurulması
- Təhlükəsizlik zəmanətləri müqabilində ərazi məsələsinin gələcəyə saxlanılması.
Putin son açıqlamasında xüsusilə bildirib ki, Donbasın tam nəzarətə götürülməsi ilə sülh sazişi imzalamaq maneə deyil. Bu isə Moskvanın əsas tələblərindən birinin hələ də Donetsk və Luqansk bölgələri ilə bağlı olduğunu göstərir. Rusiya bu əraziləri geri vermək istəmir.
Ukrayna isə danışıqlara məhz ərazi bütövlüyü prinsipi ilə başlamaqda israrlıdır. Keçici bir dövr üçün danışıqların baş tutması mümkün görünsə də, Ukraynanın avropalı müttəfiqlərinin bununla razılaşmayacağı aşkardır.
İstər Britaniya, istərsə də Avropa İttifaqı dövlətləri uzun illərdir Rusiyaya qarşı apardıqları mübarizənin sadəcə keçici sülh və münaqişənin dondurulması ilə nətcələnəcək razılaşmaya qarşı olacaqları bəllidir.
Buna baxmayaraq, tərəflərin iqtisadi imkanları da bərbaər deyil. Və bu ən vacib məqamdır. Rusiyanın nominal ÜDM - təxminən 2,3–2,5 trilyon ABŞ dollarıdır. Son 3 ildə iqtisadi artım da 10% olub. Buna baxmayaraq inflyasiya hələ də yüksək olaraq qalır və hərbi xərclər rekord səviyyədədir.
Ukraynanın isə müharibədən əvvəl ÜDM-i təxminən 200 milyard dollar idi. Müharibə nəticəsində iqtisadiyyat ciddi zərbə alıb. Büdcənin və müdafiə xərclərinin böyük hissəsi ABŞ və Avropa yardımları hesabına maliyyələşdirilir.
İnfrastruktur itkiləri yüz milyardlarla dollar səviyyəsində qiymətləndirilir.
İqtisadi baxımdan Rusiya Ukraynadan qat-qat böyük resurslara malikdir və uzunmüddətli müharibəni maliyyələşdirmək imkanını qoruyur. Lakin sanksiyalar, yüksək faiz dərəcələri və hərbi xərclərin artması Rusiya iqtisadiyyatı üzərində təzyiq yaradır. Ukrayna isə Qərb yardımları olmadan müharibəni eyni intensivlikdə davam etdirməkdə çətinlik çəkər. Buna görə də həm Moskva, həm də Kiyev müəyyən formada danışıqlara maraq göstərir, lakin əsas maneə ərazi məsələsidir.
Ona görə də Putinlə Zelenskinin ikilikdə danışıqlar aparması və yekun qərar qəbul etməsi imkansız görünür. Bu münaqişədə milyardlar xərcləmiş ABŞ və Avropa da öz maraqlarımnın təmin edilməsinə çalışır.
Ona görə də, yaxın zamanlarda sülhün olmayacağını əminliklə qeyd etmək mümkündür.
Razi Abasbəyli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru