Qəribə dövrdə yaşayırıq, öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik...
Bu gün, 11:56
Rəsmi məlumat yayılıb ki, Bakı-Tbilisi-Bakı qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 2,2 dəfə (120 %) artırılıb. Bu xəbəri oxuyan bir neçə dost-tanış mənə yazıb təbrik ediblər ki, sən bu məsələni çox qaldırdın, indi bir az rahat bilet almaq olur. "Gör məni nə ilə təbrik edirlər - düddddülü" - lap bu söhbətə oxşadı. Quru sərhədlərin bağlı olması biabırçılıqdı, haqsızlıqdı, hüquqsuzluqdu, vaqon artırmağa sevinirik, bu vəziyyətə gəlmişik. Tbilisidən Bakıya yenə bilet tapılmır, Gürcüstanda yaşıyan soydaşlarımız yalnız ordan-bura bilet alırlar, öz evlərinə, öz ölkələrinə Gürcüstan pasportu ilə piyada keçə bilirlər - çünki, Gürcüsran öz vətəndaşını buraxnaya bilməz, bizim də xarici vətəndaşın qarşısını kəsməyə ixtiyarımız yoxdur. Natiq Cəfərli