“Ey həyat, sən nə qəribəsən?”

Bu gün, 11:54           
“Ey həyat, sən nə qəribəsən?”
“Ey həyat, sən nə qəribəsən?” mahnısı ilə mənzil alan, qeyri-adi zarafatları ilə seçilən bəstəkar Oqtay Kazımi. Müğənni Flora Kərimova: “Bir dəfə Oqtay məni qonaq çağırdı, xanımı tort bişirmişdi. Çıxdıq balkona. Birdən oxumağa başladı: “Bakının gözəl qızları”. Mən də başladım ucadan oxumağa. Mənim səsim var, başa düşüləndir. Lakin bəstəkar Oqtayın səsi yox idi axı. O da mənim səsim qədər qışqıra-qışqıra oxumağa başladı. Qonşulardan utanmaq yox. İkimiz də əl qatmışıq özümüzə. Bu onun ölümündən az müddət əvvəl baş verdi. İlk dəfə idi ki, Oqtayı belə görürdüm”.
Bəstəkar bir dəfə Yalçın Rzazadəyə zəng edib qonaq çağırıb, deyir ki, quzu əti alıb, kabab bişirəcək. Onlar kabab yeyəndən sonra bəstəkar soruşur: “Yalçın kabab dadlıydı?” Müğənni cavab verir ki, bəli. Bəstəkar belə olduqda sirrini açır: “Bu quzu əti deyildi, xaricdən alınmış dondurulmuş, naməlum mənşəli ət idi. Ətə sirkə vurmuşdum”.
Bəstəkar “Ey həyat, sən nə qəribəsən?” mahnısını Bayıldakı darısqal evində yazmışdı. Həsən Həsənov vəzifədəydi. Cabir Novruz ona demişdi ki, bu mahnını eşitmisən? Həsən Həsənov cavab verir ki, həə, çox yaxşı mahnıdır. Cabir Novruz deyir ki, bax o mahnını yazan bəstəkarın fərli-başlı bir evi yoxdu. Bundan sonra Həsən Həsənov bəstəkara Yasamalda ev bağışladı. Bir dəfə də Əbülfəz Elçibəyin köməkçisi onu yanına çağırıb soruşur: “Oqtay müəllim, nəyə ehtiyacınız var? Nə lazımdırsa, kömək eləyək. Bəstəkar cavab verir ki, mənə heç nə lazım deyil”.
Onun vəfatından sonra da evində yarımçıq, heç bir yerdə səslənməyən musiqilər qalmışdı.
Anar Tağıyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru