İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

Bu gün, 15:34           
İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma
Nəhəng elmi araşdırma nəticəsində infarkt, insult və ürək çatışmazlığı hallarının demək olar ki, hamısına səbəb olan dörd əsas amil müəyyən edilib. ABŞ və Cənubi Koreyada 9 milyondan çox yetkin şəxsin iştirakı ilə aparılan tədqiqat sübut edib ki, ürək tutmalarının 99 faizinə məhz aşağıdakı faktorlar yol açır.

Demokrat.az bildirir ki, araşdırmanın nəticələri nüfuzlu "Journal of the American College of Cardiology" (JACC) elmi jurnalında dərc olunub.

Həmin dörd təhlükəli amil yüksək qan təzyiqi (hipertoniya), yüksək xolesterin, qanda şəkərin çox olması və siqaret çəkməkdir. Hətta risk qrupuna daxil olmayan 60 yaşdan aşağı qadınlarda belə ürək xəstəliklərinin yaranmasında bu faktorların payı 95 faizdən çox olub.

Xəstəliklər arasında ən geniş yayılanı isə yüksək qan təzyiqi olub. Ürək tutması keçirən xəstələrin 93 faizindən çoxunun hipertoniyadan əziyyət çəkdiyi üzə çıxıb.

Kardioloq Filip Qrinland bildirir ki, bu araşdırma ürək tutmalarının demək olar, 100 faizinin məhz bu səbəblərdən qaynaqlandığını göstərir. Alimlərin fikrincə, naməlum səbəblər axtarmaqdansa, qarşısı alına bilən bu dörd amillə mübarizə aparmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru