Polşa Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina etdi

Bu gün, 16:09           
Polşa Ukraynaya MiQ-29 qırıcılarını verməkdən imtina etdi
Polşa Ukraynaya MiQ-29 qırıcılarını göndərməkdən imtina edib. Kiyevin pilotsuz uçan aparatların (PUA) istehsalı və onlara qarşı mübarizə ilə bağlı məlumat və texnologiyaları təqdim etməməsi bu addımın atılmasına səbəb olub.

Oxu.Az verir ki, bu barədə "Wydarzenia" məlumat yayıb.

Polşanın milli müdafiə nazirinin müavini Tsezari Tomçik "Radio Zet"in efirində bildirib:

"Biz Ukraynaya MiQ-ləri göndərmədik. Çünki biz onlarla texnologiyaların ötürülməsi barədə razılaşmışdıq".

O qeyd edib ki, Polşa PUA sahəsində potensialını artırır, lakin texnologiyalara çıxış olmadan bu təşəbbüs çətin olacaq.

Tomçik Kiyevlə belə bir razılaşmanın əldə olunduğunu təsdiqləyib və vurğulayıb ki, məlumatlar təqdim edildikdən sonra qırıcıların verilməsi məsələsi həllini tapacaq.

Xatırladaq ki, Polşa hakimiyyəti daha əvvəl dəfələrlə Ukraynaya sovet istehsalı olan MiQ-29 qırıcılarını verməyə hazır olduğunu bəyan edib. Çünki bu ölkənin Hərbi Hava Qüvvələri daha müasir - FA-50, F-16 və F-35 təyyarələrinə keçir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru