Media və Yayım Şurasının idarəetmə strukturu necə olacaq?

Bu gün, 15:27           
Media və Yayım Şurasının idarəetmə strukturu necə olacaq?
Media və Yayım Şurasının idarəetmə strukturu müəyyənləşir.

Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, Şuranın sədri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə iki sədr müavini seçəcəklər.

Qeyd olunur ki, Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab edilir.

Şura sədri müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Şuranın Aparatının strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı daxilində onların gəlir və xərclər smetasını təsdiq edəcək.

Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru