Rusiyada "tanrının oğlu" peyda olub FOTO

Bu gün, 15:18           
Rusiyada "tanrının oğlu" peyda olub  FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində Ermitaj muzeyinin əməkdaşları özünü İsa Məsih adlandıran şəxsi saxlayaraq psixiatrların nəzarətinə veriblər.

Bu barədə "Fontanka" nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, günorta saatlarında uzun saçlı, ayaqyalın, köynək və şort geyinmiş kişi Saray meydanı tərəfdən hasarı aşaraq muzeyin ərazisinə daxil olub. O, həyətdə qaçıb, əllərini yelləyərək nəsə danışıb.

Təhlükəsizlik əməkdaşları hadisə yerinə Rusiya Milli Qvardiyasının əməkdaşlarını çağırıblar. Saxlanılan şəxsin 28 yaşlı moskvalı Qleb olduğu müəyyənləşib.

Məlum olub ki, o, əvvəllər iflas prosedurları üzrə ixtisaslaşmış hüquq şirkətində çalışıb. Lakin saxlanılarkən özünü "tanrının oğlu" elan edib. Bundan sonra hüquq-mühafizəçilər psixiatr briqadası çağırıblar və həkimlərlə qısa söhbətdən sonra onu psixi xəstəxanaya göndərmək qərarı verilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru