Maskalı qıpçaq döyüşçüsü həlak olmuş slahdaşının valideynlərinin yanına gəlir VİDEO

Bu gün, 11:04           
Maskalı qıpçaq döyüşçüsü həlak olmuş slahdaşının valideynlərinin yanına gəlir VİDEO
Bu videoda xoşuma gələn odur ki, hər şey sözlə yox, detallar vasitəsilə çatdırılır.
Maskalı döyüşçü qıpçaq döyüşçüsüdür. O dövrdə belə maskalar təkcə qorunmaq üçün deyil, həm də döyüşçünün üz ifadəsini və hisslərini gizlətmək üçün istifadə olunurdu. Videonun sonunda bunu daha aydın görürük. O, anaya ən ağır xəbəri gətirir, amma maskanın arxasında nə hiss etdiyini görmək olmur.
Ən təsirli səhnə isə anaya gətirilən əmanətdir. Parçanın içindən çıxan xəncər və tumar. Xəncər onun döyüşçü kimi həlak olduğunu göstərir. Tumar isə vaxtilə ananın övladını qorusun deyə boynundan asdığı əmanətdir. Onun geri qayıtması artıq hər şeyi deyir.
Digər təsirli detal isə ana fəryad edəndən sonra havanın qaralması və yağışın başlamasıdır. Bu da qədim türk inancında insanla təbiətin bir-birindən ayrı olmadığına işarədir.
Cavidan Xürrəmi













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru