Türkiyədə hakim partiyanın üzvü ailəsi ilə birlikdə qəbiristanlıqda güllələndi - FOTO

Bu gün, 11:38           
Türkiyədə hakim partiyanın üzvü ailəsi ilə birlikdə qəbiristanlıqda güllələndi - FOTO
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyində təmsil olunan Mehmet Direk oğlu və qardaşı oğlu ilə birlikdə qəbiristanlıqda güllələnib.

Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hadisə Batman vilayətinin Güneykent rayonundakı şəhər qəbiristanlığında baş verib. Məlumata görə, naməlum şəxslər Mehmet Direkə, oğlu Ercana və qardaşı oğlu Bekirə atəş açıb. Hər üçü hadisə yerində ölüb.

Atışmadan sonra polis qəbiristanlığı mühasirəyə alıb və istintaq tədbirlərinə başlayıb. Əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.

Hüquq-mühafizə orqanları şübhəli şəxslərin tapılması üçün genişmiqyaslı əməliyyat keçirir. İstintaqçılar müşahidə kameralarının görüntülərini araşdırır və hücum edən şəxslərin qaçış marşrutunu müəyyənləşdirməyə çalışırlar.

Cinayətin mümkün motivləri barədə hələlik rəsmi məlumat verilməyib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru