2025-2026-cı il ərzində SOCAR-da "qəribə" seçim prosesi aparıldı. "Təşkilatı sağlamlaşdırma".

Bu gün, 11:42           
2025-2026-cı il ərzində SOCAR-da "qəribə" seçim prosesi aparıldı. "Təşkilatı sağlamlaşdırma".
Yəni 50+ yaşlı qadınlara, 60+ yaşlı kişi işçilərə təklif olundu ki,ya özün get,ya imtahan!!! Bu halda əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar(özləri getdi!)
Deyirəm bu siyasətinizdən bəlkə dəniz şəraitində çalışan neftçilərin gəmi(!!!) ilə təmin olunmasında da istifadə edəsiniz! Gəmidə gedənlərə yox ha,gəmilərə!
Tədbiq olunmayan qanunlar!
Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən işəgötürən işçi üçün sağlam iş şəraiti yaratmalı, nəqliyyatla təmin etməlidir. Əks halda işəgötürən ARƏM maddə 310((Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən məsuliyyət daşıyır,
15 gün dəniz şəraiində işləyib dünən növbə dəyişən işçilər yazdılar ki:
Yenə növbə dəyişərkən 8-9 saat gəmidə olduq. 40 dərəcə istidə gəmi 10-12 bloka getdi və bu halda bütün işçilər də həmin gəmidə olub.
Sual:
-İşçilər hansı günah sahibidirlər ki, 40 dərəcə istidə 10-12 blokda növbə dəyişilməsi üçün onlara yalnız bir gəmi(köhnə) ayrilir.?
-Bu halda gəmi ilə 8-9 saat yol getmiş işçiyə neçə saat yol qeyd olunacaq(ödənişli)
Qeyd:
-Bu hal başqa idarələrdə də müşahidə olunur!
-Özünüzə rəva görmədiyinizi işçiyə də qıymayın.İnsafınız olsun
Təyyarə ilə ezamiyyətə gedərkən biznes klass əvəzinə ekonomu versələr o səfərə getməyi özünüzə qıymazsınız cənab sahə üzrə məsul şəxslər.
Mirvari Gahramanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru