Ölü doğulan körpənin meyitinin zirzəmiyə qoyulması klinikalarda etik normalarla bağlı hansı sualları doğurur? - VİDEO

Bu gün, 11:18           
Ölü doğulan körpənin meyitinin zirzəmiyə qoyulması klinikalarda etik normalarla bağlı hansı sualları doğurur? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.

Bioloji Təbabət Klinikasında birdəfəlik iynədən təkrar istifadə edilməsi ilə bağlı iddialar pasiyentlərin təhlükəsizliyi və özəl klinikalara nəzarət mexanizmləri barədə hansı sualları gündəmə gətirir?

"Vital Hospital"da ölü doğulan körpənin meyitinin zirzəmiyə qoyulması barədə iddialar klinikalarda etik normalara və sanitar qaydalara necə əməl olunduğu ilə bağlı hansı sualları doğurur?

Müəllimlərin sertifikasiya imtahanında təqdim olunan çətin suallar onların bilik və bacarıqlarını qiymətləndirməyə, yoxsa müəllimlərin bir qismini sistemdən uzaqlaşdırmağa xidmət edir?

Kiçik bir obyekt üzərindən milyonlarla manatlıq saxta əməliyyatların aparılması vergi və maliyyə sistemindəki boşluqlar, eləcə də nəzarət mexanizmlərinin effektivliyi barədə hansı sualları ortaya çıxarır?

Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru