Bunu da gördük - Ata qızı ilə "podelnik" olub oğurluğa getdi

5-05-2015, 12:15           
Bunu da gördük - Ata qızı ilə "podelnik" olub oğurluğa getdi
Bakıda oğurluğa cəhd edən 2 nəfər yaxalanıb.

Azvision..az-ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, mayın 2-də saat 20:27 radələrində Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 30 ünvanında yerləşən Məmmədov Kamil Qafil oğluna məxsus evdən daxil olmuş “həyəcan” siqnalını yoxlayıblar.

Bu zaman məlum olub ki, evin pəncərəsinin dəmir barmaqlığı sındırılıb. Evə baxış keçirilərkən Suraxanı rayonu, Hasil Bayramov küçəsi 8 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Məmmədova Cəmilə Cəlal qızı və atası, 1960-cı il təvəllüdlü Hüseynov Cəlal Miri oğlu saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]