Fransada əlillər evində yanğın olub, 11 nəfərin öldüyü ehtimal edilir

9-08-2023, 18:24           
Fransada əlillər evində yanğın olub, 11 nəfərin öldüyü ehtimal edilir
Fransada Almaniya ilə sərhədin yaxınlığında yerləşən Yuxarı Reyn regionunun Vinzenheym qəsəbəsində fiziki məhdudiyyətli şəxslər üçün istirahət evində yanğın baş verib, 11 nəfərin öldüyü ehtimal edilir.

APA xəbər verir ki, bu barədə Yuxarı Reyn yerli administrasiyası məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında başlayan yanğın zamanı aparılan xilasetmə əməliyyatları nəticəsində 17 nəfər təxliyə edilib, 1 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin qeyd olunub ki, binanın daxilində qalan 11 nəfərin artıq öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölkənin daxili işlər naziri Gerald Darmanin baş vermiş hadisə barədə “Twitter”də yazıb və qeyd edib ki, Almaniya sərhədi yaxınlığındakı kiçik qəsəbədə əlillər üçün nəzərdə tutulan istirahət evində yanğın baş verib, ölənlər var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru