Universitet tələbəsi Dəniz Dəmirbayraklı evdə saçını boyayarkən halı pisləşib.
Publika.az xəbər verir ki, dəhşətli hadisə İzmirdə baş verib. Xəstəxanaya çatdırılan universitet tələbəsi Dənizin həyatını xilas etmək mümkün olmayıb.
Məlum olub ki, gənc qızın allergiyası var imiş və onun saç boyasına görə həyatını itirdiyi ehtimal olunur. Prokurorun göstərişi ilə gəncin ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyitin yarılmasına qərar verilib, amma nəticə hələ açıqlanmayıb.
Gənc qızın anası Sevtap Dəmirbayraklı qızının ölüm xəbərini aldıqdan sonra əsəb krizi keçirib və halı pisləşib. Atası da qızının ölümü ilə əlaqədar paylaşım edib.