Türkiyədə saxlandığı iddia edilən azərbaycanlı danışdı: "Tutulmamışam, yalandır" - VİDEO

9-08-2023, 18:28           
Türkiyədə saxlandığı iddia edilən azərbaycanlı danışdı: "Tutulmamışam, yalandır" - VİDEO
Xəbər verdiyimiz kimi, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İranın casus şəbəkəsini zərərsizləşdirib. Həbs edilənlər arasında Hikmət Əliyev və Seymur Rzayev adlı iki azərbaycanlı da olub.

Az sonra isə həbs xəbəri yayılan Seymur Rzayevin video müraciəti yayılıb.

Bizim.Media xəbər verir ki, o, həbs edilmədiyini deyib.

"Bu, bir yalandır, kimlərinsə iftirasıdır. Mən çöldəyəm, heç vaxt Azərbaycan xalqına xəyanət etməmişəm, etmərəm də. Bizneslə məşğul olan adamam. Belə bir şey yoxdur, tamamilə yalandır. Prorukorluq orqanları və MİT yəqinki bunun mənbəyini tapacaqlar. Mənim adımı və şəkilimi kim ora veribsə, cəzasını çəkəcək. Bu kanallarda mənə təhqir yazanların özü elə İranın casusudur. Gedin, işinizlə məşğul olun. Bilmədiyiniz insanlar haqda yalanlar uydurmayın", deyə o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru