Meşə yanğınları məşhur turistik şəhəri məhv etdi - Video
10-08-2023, 18:01
Havay adalarında dünəndən başlayan genişmiqyaslı meşə yanğınları 36 nəfərin həyatına son qoyub.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, yanğınlar Maui adasında turistlər arasında məşhur olan Lahaina şəhərinin böyük hissəsini məhv edib.
Yüzlərlə ailə öz evlərini tərk etməli olub. Turistlər də daxil olmaqla 11 mindən çox insan Mauidən təxliyə edilib. Bununla yanaşı, əlavə 1500 nəfərin də təxliyə ediləcəyi gözlənilir.
Məlumata görə, regionun bərpası üçün illər lazım gələcək.