Hindistanda 5,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 55 min nəfər əhalisi olan Kərimqanc şəhərindən 18 kilometr şimal-qərbdə yerləşib. Ocaq isə 10 kilometr dərinlikdə olub. Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.