Ukrayna ordusu Mariupolda rusların komanda məntəqəsini darmadağın ETDİ

15-08-2023, 00:17           
Ukrayna ordusu Mariupolda rusların komanda məntəqəsini darmadağın ETDİ
Bu gün ukraynalı müdafiəçilər Mariupol yaxınlığında rus işğalçılarının komanda məntəqəsinə zərbələr endiriblər.

Bu barədə Telegram-da Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi məlumat yayıb.

“Bu gün saat 11:00 radələrində Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Mariupol yaxınlığındakı Yuryevka kəndindəki “Volna” sanatoriyasında yerləşən Rusiya Federasiyası qoşunlarının komanda məntəqəsini məğlubiyyətə uğradıb" - idarədən bildirilib.

Daha əvvəl Mariupol şəhər merinin müşaviri Petr Andryuşşenko məlumat vermişdi ki, Mariupol yaxınlığında müvəqqəti ələ keçirilən Yuryevka kəndində kazarmada 100-dən çox rus əsgəri yaralanıb. Onun sözlərinə görə, ilk zərbə işğalçıların təmir bazası yaratdıqları "Volna" ("Dalğa") düşərgəsindəki stadionun ərazisinə düşüb. İkinci zərbə birbaşa kazarmada olub.

Merin müşaviri qeyd edib ki, yaralı işğalçılar Mariupolda, Manquş kəndində, həmçinin Donetskdə xəstəxanalara çatdırılıb.\\Redaktor.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru